Cart Total Items (0)

Sepet

image
image
26 +
İLİN TƏCRÜBƏSİ
KOMİFOREST GROUP
BİZ KİMİK?
Şirkətimiz 1997-ci ildən fəaliyyət göstərir. Biz müxtəlif ağac növlərindən hazırlanan yüksək keyfiyyətli taxta materiallarının istehsalı üzrə Azərbaycanda və Qafqazda ən böyük istehsal zavoduyuq.

NİYƏ MƏHZ KOMİFOREST?

Taxta materiallarınını istehsalı üzrə uzun illərin müvəffəqiyyətli iş təcrübəsi bu sahədə bizə müştərilərimizlə tez bir zamanda ortaq fikrə gəlməyi öyrədib. Şirkətimiz qarşılıqlı və sərfəli əməkdaşlıq üçün lazımi şərtləri məhz bu ortaq fikrin nəticəsində yaradıb.
Şirkətimiz Anqar və Qırmızı şamlardan, Cökə və Göyrüş, eləcə də, Afrika mənşəli İroko, Sapele ağaclarından hazırlanan yüksək keyfiyyətli taxta materiallarının, həmçinin dikt, parket, “Thermowood” və “Emprenye”nin istehsalı üzrə Azərbaycan və Qafqazda ən böyük istehsal gücünə malikdir.

 

  • Etibarlı ünvan
  • Keyfiyyət xidmət
  • Sürətli xidmət
  • Münasib qiymət

Kataloq

image
01

Thermowood – istehsal prosesində yalnız istilik və buxardan istifadə olunan və heç bir kimyəvi qatqısı olmayan 100 % təbii taxtadır.

image
02

Emprenye – ağacın dərmanlanaraq, həşərat və qurdlara qarşı müdafiəsinin artırıldığı taxta növüdür. Dərmanlanma prosesindən keçən “Emprenye” adi taxtalara nisbətdə 4-5 dəfə daha uzunömürlüdür və bütün tikililərdə istifadəyə tam yararlıdır.

image
03

Anitta Parke brendinin əsas fəaliyyəti parket istehsalı üzərində qurulub:

-Massiv parket - yalnız taxta təbəqədən ibarət olub, əsasən dəniz və nəm yerlərdən uzaq evlərdə istifadə olunur.

-"İnjener" parket - 2 qatdan ibarət olub, alt təbəqəsi əsasən dikt, üst təbəqəsi isə taxtadan ibarətdir. İnjener parket massiv parketlə müqayisədə nəm və dənizkənarı yerlərdə tamamilə yararlıdır. Bunun nəticəsində də fəsil dəyişəndə parket deformasiyaya uğramır. Üst hissəsi İtaliya brendi olan ICA boyaları ilə işlənir.
Rənginin uzunömürlü olması üçün UV aparatından istifadə olunur. Keyfiyyətli laklanma prosesi cızılmağa qarşı dözümlülüyünü artırır.

image
04

Şirkətimiz Sizə keyfiyyətli materialdan hazırlanmış hər növ taxta çeşidlərini təqdim edir. Belə ki, atma, dərmanlanmış atma, döşəmə, mansard, dikt, pilləkən üçün taxta növlərimiz mövcuddur.

Taxtalarımız yaş və quru taxtalardan ibarətdir.

Quru taxta qurutma kameralarında, fəsildən asılı olaraq, 7-12 gün ərzində taxtanın nəmliyini 8-10%-ə endirərək, əldə edilir.

 

 

  • İstənilən vaxt bizə məktub göndərin info@komiforest.com

    Probleminiz üçün istənilən vaxt 24/7 poçt göndərə bilərsiniz

image
image